VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ən çox məhbusu olan ölkələrin adları açıqlanıb. Bizimyol.info-un Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, dünyada ən çox məhbusu olan ölkə ABŞ-dır.

Dustaqlarla bağlı Beynəlxalq Araşdırma Mərkəzinin məlumatına görə, bu ölkədə 2 milyondan artıq məhbus var. Bu isə o deməkdir ki, ABŞ-da hər yüz min nəfərə düşən dustaq sayı 724-dür. Burada qadın məhbusların sayı isə ümumi dustaqların 8.9 faizini təşkil edir. Çin isə məhbusların sayına görə siyahıda ikinci yerdə qərarlaşıb. Bu ölkədə qadınlar 1 milyon 548 min 498 məhbusun 4.6 faizini təşkil edir.

Rusiyada isə 874 min 161 məhbus var. Statistikaya görə, bu ölkədə hər yüz min nəfərə düşən məhbus sayı isə 615-dir. Bu ölkədə qadınlar ümumi məhbusların 6.8 faizini təşkil edir. Türkiyədə isə məhbusların ümumi sayı 65 min 458-dir. Bu isə o deməkdir ki, ölkədə hər yüz min nəfərə 91 məhbus düşür. Qadınlar isə ümumi məhbusların 3.3 faizini təşkil edir.

Qeyd edək ki, ən çox məhbusu olan ölkələr sırasında Braziliya, Hindistan, Meksika, Ukrayna, Şimali Afrika, Polşa, İngiltərə, Yaponiya, Avstraliya və Hollandiyanın da adı var.

BAKU.WS