SİZİN REKLAM BURADA!
055 213 76 73



27 mart İmişli rayonunda “Xeyriyyə xonçası” adlı kampaniyanın təqdimatı keçirildi.

BAKU.WS xəbər verir ki, kampaniya haqqında bilməyənlər üçün: mart ayının ortalarında Lalafo, ASAN Könüllülər-in layihəsi olan ASAN Məktub və Murad Arif birləşib xeyriyyə kampaniyası yaratdılar.


ASAN Məktub Bakıya, Lalafo-ya arzularını yazmış, İmişli rayonunda yaşayan aztəminatlı ailələrin uşaqlarının məktubları gətirdi, Lalafo isə bununla əlaqədar “Novruz xonçası” adlanan kampaniyanı yaratdı.

Kampaniya bundan ibarət idi ki, insanlar https://xonca.lalafo.az/-a girib, məktublarla tanış olub, uşağlara hədiyyələr almalı idi, istədiyi uşağı sevindirmək üçün.


Bundan sonra Lalafo-da eyni adlı “Xeyriyyə xonçası” kateqoriyasına alınmış hədiyyələri paylaşaraq, komandaya “Bu uşağın hədiyyəsini aldım” mesajını ötürdülər.

Cəmi 7 gün ərzində 62 hədiyyə toplandı.

Bəzi uşağlar kitab, məktəb ləvazimatları, ayaqqabı, oyuncaq, bəziləri isə velosiped, rəssam dəsti istəyirdilər.


Daha sonra bu kampaniyaya tanınmış ifaçı Murad Arif də qoşuldu, o da uşaqları mahnıları ilə sevindirəcəyini söz verdi və sözünü tutdu!
Əlavə olaraq kampaniyaya Global Shapers Baku Hub, Asan Könüllüləri, Baku.ws dəstəklədilər.

27 mart İmişli rayonunun ASAN Həyat kompleksində “Xeyriyyə xonçası” adlı kampaniyanın təqdimatı keçirildi.

Lalafo komandası hədiyyələrlə, şarlarla Bakıdan gəldi, tədbiri Murad Arif açdı, uşaqlar dedilər, güldülər, rəqs edib “oppalara” getdilər, və ən sonra hədiyyələr təqdim edildi.

Tədbirin necə keçdiyi haqqında şəkillər əlavədə.

Gəlin hər zaman bütün uşaqları bu cür əməllərlə sevindirək! Çünki hər uşaq ən yaxşısına layiqdir!

BAKU.WS