Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində müxtəlif cinsli ağac və kol bitkilərinin kəsildiyi aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı ağac və kolların “Azəri-İNT” MMC tərəfindən kəsildiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilib.
BAKU.WS