SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa Çimnaz Sultanova yeni seriala çəkilir.


Ç. Sultanova bu barədə ilk dəfə BAKU.WS-ə açıqlama verib.

Serialın adını hələ sirr saxlayan aktrisa obrazı haqda bunları deyib: 

"Güclü, iradəli bir qadın obrazını canlandırıram. Hansı ki, uzun illərdən sonra Azərbaycana qayıdır. Onun qayıdışından sonra maraqlı hadisələr baş verir. Bu obrazı oynamaqda çətinlik çəkəcəyəm. Belə ki, canlandırdığım obraz yaşca məndən böyükdür. Düşünürəm ki, bu rolu oynamaq mənim üçün yaxşı peşə təcrübəsi olacaq".


Ç. Sultanova ekran işinin yaradıcı və texniki heyətindən çox razı olduğunu bildirib: 

"Serialda işinin peşəkarı olan şəxslərlə çalışmaq insana ayrı zövq verir. Quruluşçu rejissor, səs rejissoru, montajçı, operatorlar, aktyor heyəti - hər biri bacarıqlı insanlardı. Çəkiliş prosesindən çox məmunam". 

Hüseyn Məmmədsalahov
BAKU.WS