SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda gömrük keçid məntəqəsində vətəndaş döyülüb.


BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində məlumat verilib.


Bildirlir ki, gömrük işçiləri narazı vətəndaşı Biləsuvar Gömrük Məntəqəsindən çıxarmağa çalışırlar. Lakin vətəndaş otaqdan çıxmaq istəmədikdə ona qarşı güc tətbiq edirlər. Hadisənin görüntüləri yayılıb.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, bununla bağlı məsələ araşdırılır.

“Araşdırma aparılır və araşdırmalardan sonra açıqlama veriləcək”, - deyə bildirilib.

Ziya SƏCCAD
BAKU.WS