SİZİN REKLAM BURADA!
055 213 76 73



Yasamal Yaşayış Kompleksindəki "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş 174 mənzildən 152-nin alqı-satqısı başa çatıb. Güzəştli mənzil''lərin 22-i isə sonradan vətəndaşlar tərəfindən seçilməsinə rəğmən müxtəlif səbəblərdən əldə edilə bilmədiyinə görə imtina olunub.

BAKU.WS-in məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova Xəzər Tv-yə bildirib ki, imtina edilmələrin müxtəlif səbəbləri var.

Əldə edilə bilməyən 22 mənzil növbəti satışda digər mənzillərlə birgə vətəndaşlara təklif olunacaq.Bu arada satılan mənzillərin ən çox kimlər tərəfindən alındığı da məlumdur.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində ötən ilin setnyabr və bu ilin yanvar ayında keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olub. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan verilməsi gözlənilsə də dəqiq tarix hələ ki, bəlli deyil.

BAKU.WS