VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gürcüstanın Rustavi şəhərində yaşayan ata yetkinlik yaşına çatmayan qızını ərə vermək istədiyi üçün həbs edilib.

BAKU.WS
 xəbər verir ki, ərə getmək istəməyən Çinarə toyun baş tutmaması üçün müəllimindən kömək istəyib.

Müəllimi ona hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb. Nəticədə qızını erkən nikaha məcbur edən ata həbs edilib. 

Atasının həbsindən sonra Çinarə Avropa İttifaqının himayəsində olan sığınacağa yerləşdirilib.

Vəziyyətindən şikayətçi olmayan qızın tək dərdi atasının həbsdə olmasıdır. Atasının həbs olunmasında özünü günahkar hesab edən edən Çinarə Xoşqədəm Hidayətqızına müraciət edərək, atasının həbsdən azad olunması üçün kömək istəyib. 

Zülfiyyə Qurbanova
BAKU.WS