SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda keçmiş məhkumdan silah götürülüb.


Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülüb, araşdırma aparılır.

BAKU.WS