SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycan repinin atası sayılan Anar Nağılbazın doğum günüdür.

BAKU.WS
  News24.az-a istinadən xəbər verir ki, reperin eks həyat yoldaşı Anjelika Cəbiyeva son günlər həyat yoldaşının məzarını ziyarət edə bilmədiyini açıqlayıb:

“Bu gün çox təəssüf ki, Anarın məzarını ziyarət edə bilməyəcəm. Çünki güclü yağışlardan sonra məzarı su basıb. Bu da məzarın bərbad hala düşməsinə rəvac verib. Hazırda məzarın bərpası üçün işlər aparılır. Bizə iki gün ərzində işlərin bitəcəyi ilə bağlı söz verilib. Bundan onra uşaqlarla birgə məzarını ziyarət edəcəyik”.

Anjelika Cəbiyeva maddi çətinliklərdindən də söz açıb: “Hazırda uşaqlarıma Anarın valideynləri köməklik edirlər. Ancaq əsas problem ev ilə bağlıdır. Çünki illərdir kirayədə yaşayıram”.

Qeyd edək ki, Anar Nağılbaz uzun sürən xəstəlikdən sonra ötən ilin avqust ayında 44 yaşında dünyasını dəyişib. Məşhur Masazır qəbiristanlığında dəfn edilib.

BAKU.WS