VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə – profilaktika müəssisələrində həkim axtarır.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, nazirlik vakant olan həkim-narkoloq, həkim-uroloq, həkim- onkoloq, həkim-travmatoloq, həkim-cərrah, həkim-neyrocərrah və həkim-epidemioloq vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik,

yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən,

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il mart ayının 27-dən aprel ayının 27-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-şəxsiyyət vəsiqəsi;

-ali təhsil haqqında diplom;

-hərbi bilet (kişilər üçün);

-əmək kitabçasının surəti.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-20-59
(012) 590-20-94.


BAKU.WS