VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxt Bakı, həmçinin ətraf kənd və qəsəbələrin məişət tullantılarının toplanılması və daşınması üçün yeni konsepsiya hazırlanır.


BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, məqsəd bu sənəd ilə kompleks yanaşma ortaya qoymaq və bu sahədə indiyə qədər mövcud olan problemləri aradan qaldırmaqdır. Artıq Bakı Şəhər İcra Hakimiyyəti beynəlxalq bir şirkətlə əməkdaşlığa başlayıb.

Konsepsiyanın işə düşməsi ilə paytaxt və ətraf qəsəbələrdə məişət tullantılarının toplanılması və daşınmasında bir sıra yeniliklər olacaq. Xüsusilə də vətəndaşların məişət tullantılarını hara gəldi atmalarının qarşısı alınacaq.

Artıq bir müddətdir ki, sanitar-gigiyenik vəziyyətin yoxlanılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb.

Reydlərin nəticəsi olaraq Qaradağ Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işdən azad edilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin Zığ qəsəbəsi üzrə nümayəndəsinə töhmət verilib, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinə isə ciddi xəbərdarlıq edilib. Bundan başqa, bu gündən etibarən Bakıda təmizlik ayı elan edilib və nəzarət tədbirləri gücləndirilib.

BAKU.WS