SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabadda ehtiyatsızlıq yaş yarımlıq uşağın ölümünə səbəb olub.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində, Oktay Eynullayev küçəsində yaşayan Ağayevlər ailəsində baş verib. 2017-ci il təvəllüdlü İbrahim Ağayev yerdən götürdüyü enerji daşını udub. Valideyenlərinin dediklərinə görə, uşağın batareyanı udmağından xəbərsiz olublar. Novruz bayramı ərəfəsində İbrahimin günü -gündən zəiflədiyinin və halının pisləşdiyinin şahidi olan valideynləri onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Uşağın vəziyyəti ağır olduğundan o, paytaxt xəstəxanalarından birinə gətirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb. Bir neçə gün uşağın mədəsində qalan enerji daşı partlayıb və onun ölümünə səbəb olub.

Qeyd edək ki, İbrahim ailənin üçüncü ovladı olub.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

BAKU.WS