SİZİN REKLAM BURADA!
055 213 76 73



Norveçin qərb sahillərində göyərtəsində 1300-dən çox sərnişin və heyət üzvünün olduğu “Vikings Sky” kruiz laynerinin mühərriklərinin dayanması nəticəsində təhlükəli anlar yaşanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, xilasedicilər bu saatadək 338 nəfəri təxliyyə ediblər.

Bildirilir ki, hadisə zamanı gəmidə 1373 nəfər olub, onlardan 915-i sərnişidir. 

Bəzi sərnişinlər hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar yerli xəstəxanalara yerləşdiriliblər.

BAKU.WS