SİZİN REKLAM BURADA!
055 213 76 73



Xətai rayonunda tonqal ağacların yanmasına səbəb olub.

BAKU.WS-in ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Gəncə prospekti 2 ünvanında baş verib.

Yel çərşənbəsi münasibəti ilə binanın həyətyanı sahəsində tonqal qalanıb. Küləkli hava şəraiti alovun yüksəlməsinə səbəb olub. Nəticədə alov binanın yaxınlığındakı küknar ağaclarını yandırıb.

Dərhal hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib.

Alovun digər ağaclara və tikililərə keçməsinin qarşısı alınıb.

BAKU.WS