SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi
, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

Görüşdə Xalq artisti Rasim Balayevin iştirak etməməsi diqqət çəkən məqamlardan biri olub.  

BAKU.WS bununla bağlı sənətkarla əlaqə saxlayıb. R. Balayev saytımıza açıqlamasında bunları deyib: 

“Bakıdayam, amma məni dəvət etməyiblər. Səbəbini bilmirəm. Görüşün baş tutduğunu axşam televizora baxanda bildim. Mənim hökumətlə heç bir problemim yoxdur. Bir neçə ay əvvəl mənim 70 illik yubileyimi qeyd etmişdilər. “Şərəf” ordeni ilə də təltif edilmişəm. Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tərtib edənlər məni nəzərə almayıblar". 

Hüseyn Məmmədsalahov
BAKU.WS