SİZİN REKLAM BURADA!
055 213 76 73



80-90-cı illərin ulduzu, "Karvan" qrupunun solisti İlqar Xəyal Murad Arifin "Popumuz Var!" layihəsində qonaq olub. 


BAKU.WS-in məlumatına görə, ifaçı fəxri adının olmamasından şikayətlənib:

"80-90-cı illərdən bu yana təmsil etdiyim beynəlxalq müsabiqələr, diplomlar, stadion konsertləri, unudulmayan nəğmələr, "Karvan" qrupunun irsinə kimsə çıxıb, dəyər verəcəkmi? Aparıcılar səhnədən kənar soruşanda ki, "İlqar bəy, sizi necə təqdim edək?", mən utanıram! Bu gün Əməkdar, Xalq artistləri var ki, heç öz repertuarları yoxdur, çıxıb Şakiranın, Sosonun mahnılarını oxuyur... Amma, mənim repertuarımla nəsillər böyüyüb! Ölümümə yaxın, mənim buna ehtiyacım olmayanda, təltif olunaram yəqin".

BAKU.WS