SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın paytaxtı Tbilisi şəhərində - azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Bildirilir ki, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşının da olduğu bildirilir.

“Report” bildirir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyat barədə hələ rəsmi açıqlama yaymayıb.

BAKU.WS