SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. 


BAKU.WS xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 5,0 (beş) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

BAKU.WS