VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin məhz 2019-ci ildə həll edilməsinin səbəbini açıqlayıb.

BAKU.WS
 xəbər verir ki, baş bankir Real TV-yə müsahibəsində bildirib ki, bu məsələnin həlli ciddi hazırlıq tələb edirdi:

“Manatın devalvasiyasından sonrakı müddət ərzində dollar kreditləri problemi heç vaxt prezidentin siyasi gündəliyindən çıxmayıb. Nəyə görə indi? Sadəcə bunun üçün iqtisadiyyat sabitləşdirmək, onu yeni reallıqlara, neft qiymətlərinə uyğunlaşdırmaq və dayanıqlılığını təmin etmək lazım idi. İqtisadi məntiq bunu tələb edir.

70 mlrd. manatlıq iqtisadiyyatı yeni əsaslara, yeni platformaya keçirmək asan məsələ deyildi. 2018-ci ilin sonlarından ilk nəticələri görməyə başladıq və belə genişmiqyaslı problemə yeni yanaşma nümayiş etdirməyə imkan verdi”.

BAKU.WS