VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Məlahət Abbasova bir xanım tərəfindən şantaj edilir. 

BAKU.WS-in məlumatına görə, Türkiyədə yaşayan aktrisa özü bu haqda xəbər yayıb.

O bildirib ki, "Instagram"da "melomaniya" adı ilə profil açan bir xanım hər gün ona təhqirlər yazır:

"Bütün yaradıcılığım boyunca uzun illərdir uzaqda da olsam, Azərbaycan əsərlərinin, teatrının tanıtılması üçün əlimdən nə gəlirsə edirəm. Bu əxlaqsız kimdirsə, Azərbaycan qadınının ləyaqətini, namusunu, əxlaqını heçə sayaraq günlərdir mənə əxlaqsız mesajlar göndərir. Məni döydürməklə təhdid edir.  Mənə yaraşmayacaq formada ona cavab verməyə çalışdım. Amma sakitləşmir. Tanıdığım biri də deyil. Belə qadınlar Azərbaycan xanımı adına danışıq əxlaqı tərəfdən böyük ləkədir. Lazımi yerlərə şikayət edəcəm".

BAKU.WS