SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtobusda qadınlara qarşı cinayət törədən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliynin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilib.

Araşdırmalar aparılır.

BAKU.WS