SİZİN REKLAM BURADA!
055 213 76 73



Sərnişin düşürüb-mindirmək istəyən avtobus dayanacağa girə bilmir.


BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, buna səbəb dayanacağın minik maşınları tərəfindən zəbt edilməsidir.

Bura Yasamal rayonu Şərifzadə küçəsi, Respblika Kliniki Xəstəxananın yaxınlığıdır. Həmin ərazidə yerləşən dayanacaq digər sürücülər tərəfindən parkinq ərazisi kimi istifadə edilir. Ərazidə işləməyən parkomat aparatı da var. Buranın parkinq ərazisinə çevirilməsi avtobus sürücülərini çətinə salır.

Park edilən avtomobillərin yaratdığı problem təkcə bununla da bitmir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, Şərifzadə küçəsi, o cümlədən həmin hissədə mövcud nəqliyyat şəraiti qənaətbəxş deyil.

Xüsusəndə qanunsuz parklanma halları bu ərzaidə lap çoxdur. yaxın vaxtlarda bu küçə boyunca da qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları quraşdırılacaq.

BAKU.WS