SİZİN REKLAM BURADA!
055 213 76 73



“Premium Bank” “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyasına layiq görüldü.

BAKU.WS xəbər verir ki, “Premium Bank” Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2018-ci il üçün nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş nominasiya müsabiqəsində “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə banklar arasında I yerə layiq görülmüşdür.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Premium Bank”a əldə olunan nailiyyətlərə görə təşəkkür bildirilmişdir. Ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş alətlərindən istifadənin kütləviləşdirilməsi istiqamətində aparılan islahatlarda bankın aktiv iştirakı və qarşıdakı illərdə yeni uğurlar arzu edilmişdir.

BAKU.WS