VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Bahar Lətifqızı 100 min manat borcu olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, sənətçi bu haqda "Səhər-səhər" verilişində deyib. O bildirib ki, ev alıb, amma pulunu ödəyə bilməyib:

"İncəsənət adamı deyil, iş adamıdır. Evi var idi, satmaq istəyirdi. Bir məclisdə gördü, deyir, niyə mənim evimi almadın. Düzü, onun evini almağa gücüm çatmamışdı, ucuzun almışdım. Evin 83 minini verdim, 100 mini qalıb. Onu da verəcəm, bundan utanmıram. Toylarım var, oxuyub ödəyəcəm.

Həmin iş adamı mənə dedi ki, sənin 100 min borcunu verirəm, hədiyyəm olsun. Cavab verdim ki, istəyirsən borcumu 3 yox, 1 ilə ödəyim? Ətrafında çox insan var, məni onların toylarına sal, özüm qazanım, sənə də dua edim. Başqası olsaydı, onu qəbul edərdi".

Aysel
BAKU.WS