VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəzər TV-nin efirində yayımlanan "Hər şey daxil" verilişində qonaq olan müğənni Bahar Lətifqızı göz yaşı töküb. 

BAKU.WS-in məlumatına görə, uşaqlıq illərini ağrı ilə xatırlayan müğənni növbəti etirafı ilə ürək dağlayıb. 

B. Lətifıqızı bunları deyib: 

"13 yaşım var idi. İnternatdan çıxmışdım. Trolleybusa verməyə pulum yox idi. Limonad qabının qapağını əzib ora mismarla "5 qəpik" yazmışdım. Atamın qapısına getdim. Oradan da qovdular. Ona görə də insan bəzi şeyləri bağışlaya bilmir. Yenə də deyirəm. Allah bütün ölənlərin ruhunu şad eləsin. Sadəcə demək istəyirəm ki, həmişə övladlarımıza sahib olaq. Zaman çox tez, bir göz qırpımında gəlib keçir".

BAKU.WS