SİZİN REKLAM BURADA!
055 213 76 73




Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişində kövrəlib. 

BAKU.WS-in məlumatına görə, çətin keçən uşaqlığından danışan məşhur etirafları ilə qonaqlarını da təsirləndirib.

Tolik həmin illəri belə xatırlayıb: 

"Atamla anam ağlayıb. Düzdür, indi ailələri var. O xanıma da çox böyük hörmətim var. Bacım var. Mən həftənin 5 günü Pirşağıda internetda qalırdım. Altı-bazar gəlirdim evə. Anam tək idi, atamdan ayrılmışdı. Atam cavanlıqda bir səhvinə görə məni apardı Mərdəkandakı Vərəm dispanserinə. Məni ora sanatoriya adı ilə qoymuşdu. Qaçdım gəldim oradan. O vaxt mobil telefon yox idi. Mindim 24 nömrəli marşruta. Mərdəkandan Əzizbəyova gəldim. Oradan da Qaraçuxura.

Nənəmə dedim ki, oranın qapısında Vərəm dispanseri yazılıb. Mən axı "çaxotka" deyiləm. Valideynlərin səhvinə görə çox əziyyət çəkirik. Mən ata-anamın nədəsə başını aşağı saldım, onları utandırdım. Amma bu gün yaxşı övladam. Vaxtı ilə məni evinə qoymayan qohumlar indi toy, yas edəndə birinci məni görmək istəyir. Mən onları görmək istəmirəm".

BAKU.WS