VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İspaniya Kubokunun yarımfinalında “Barselona” səfərdə Madrid “Real”ını 3:0 hesabı ilə darmadağın edərək (iki oyununun nəticəsinə görə 4:1) turnirin finalına çıxıb.

BAKU.WS-in məlumatına görə, ilk hissə kral klubunun üstünlüyü ilə keçib.

Kərim Benzema və Vinisius Junior qol vəziyyətlərindən istifadə edə bilməyiblər.

İkinci hissənin əvvəllərində “Barselona” hesabı açıb. Matçın 50-ci dəqiqəsində Usman Dembelenin ötürməsindən sonra Luis Suarez adını tabloya yazdırıb.

Qarşılaşmanın 69-cu dəqiqəsində “Real”ın müdafiəçisi Rafael Varan topu öz qapısına göndərərək hesab arasındakı fərqi artırıb. Bir neçə dəqiqə sonra isə Suarez özü qazandığı penaltini dəqiq yerinə yetirib (73-cü dəqiqə).

İspaniya Kubokunun finalında “Barselona”nın rəqibi “Betis”-“Valensiya” cütlüyünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

BAKU.WS