SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Dadaşova Brilyant Gəray qızı itkin düşüb.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, B.Dadaşova noyabr ayında Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yaxınlarının verdiyi məlumata görə, xanım bundan əvvəl də bir neçə dəfə evdən gedib ancaq bir müddətdən sonra geri qayıdıb.

Bu dəfə isə uzun müddət yoxa çıxdığından onlar polisə müraciət ediblər.

BAKU.WS