SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyaca məşhur "Madaqaskar" cizgi filminin qəhrəmanları ilk dəfə Bakıya gəlir.


BAKU.WS-in məlumatına görə, sevilən və maraqlı qəhrəmanlar aprelin 21-də Nizami Kino Mərkəzində kiçik tamaşaçılarının qarşısında çıxış edəcəklər.

“Madaqaskar” cizgi filminin sevimli qəhrəmanları yeni sərgüzəştləri, məzəli və şən əhvalatları ilə nəinki balaca tamaşaçılarda, hətta böyüklərdə də unudulmaz təəssürat yaradacaqlar. Tamaşaçılar sevimli qəhrəmanları ilə birgə macəralar aləminə düşəcəklər. Tamaşa rus dilindədir.



Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

Əlavə məlumat üçün: (+994) 51 600 70 70

"7 Fortis" şirkətinin təşkilatçılığı ilə ərsəyə gələcək tamaşanın informasiya dəstəkçisi BAKU.WS saytıdır.

Hüseyn Məmmədsalahov
BAKU.WS