SİZİN REKLAM BURADA!
055 213 76 73



Allahyarovlar ailəsi düz 14 ildir ki, Bakıda qarajda yaşayır.

BAKU.WS 
oxu.az-a istinadən xəbər verir ki, onlar əvvəl maşın qarajı kimi istifadə olunan yeri özlərinə sığınacaq seçiblər. Burada yaşamağa məhkum olmalarının səbəbi isə maddi imkansızlıqdır.

Sona xanımın dörd övladı var. Yaşayış şəraiti bərbad olan bu komadan daha çox əziyyət çəkən isə onun azyaşlı uşaqları Xədicə və Muraddır. Belə ki, onlar nə normal yata, nə də dərs oxuya bilirlər.

Qonşuların sözlərinə görə, burada bir həyətdə üç ailə yaşayır və onlar eyni hamamdan istifadə edirlər.

BAKU.WS