SİZİN REKLAM BURADA!
055 213 76 73



Fenomenə çevrilən 23 yaşlı türkiyəli yazıçı Arda Erel Bakıya gəlir.


BAKU.WS-in məlumatına görə, "7 fortis" şirkətinin təşkilatçılığı ilə aprelin 4-də Nizami Kino Mərkəzində A. Erelin həm oxucuları ilə dialoqu, həm də "Sarsıntı" adlı ilk romanının imza günü baş tutacaq.

A. Erel artıq azərbaycanlı oxucularına videomüraciət göndərib. Yazıçı bütün oxucularını Nizami Kino Mərkəzinə dəvət edib.  

Fenomen yazıçı ilə görüşmək və şəkil çəkdirmək istəyirsinizsə, biletləri əldə etməyə tələsin. Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

Əlavə məlumat üçün: (+994) 51 600 70 70

A. Erellə dialoq və imza gününün informasiya dəstəkçisi BAKU.WS saytıdır. 

Hüseyn Məmmədsalahov
BAKU.WS