SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda iki nəfər intihar etmək məqsədilə beşmərtəbəli binanın damına çıxıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə barədə Nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşlarla aparılan psixoloyi söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

BAKU.WS