VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Nə qəbahət iş görmüşəm ki, qınaq obyektinə çevrilib".

BAKU.WS 
xəbər verir ki, bu sözləri bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşdən gülərək fotolar paylaşdığına görə qınaq obyektinə çevrilən çevrilən aktrisa Nahidə Orucova deyib.  

Aktrisa onun fotolarından xəbər düzəldənləri qeyri-peşəkar adlandırıb: "Səhərdən əsəb keçirdirəm. İşinin pesəkarı olmayan "İnstagram"da bir səhifə açıb özünə jurnalist deyən şəxslərə səslənirəm. O yürüşdə hər kəs şəkil çəkdirib paylaşırdı. Amma mən bir şeyi başa düşə bilmədim, axı mən nə etmişəm?

Şəxsiyyətimə qara yaxırlar. Ayıbdır! Bəsdir! Bu ucuz reytiqlərinizdən əl çəkin. İnsan həyatıdır, oyuncaq deyil. Mən Nahidə Orucova olmağımı xalqıma və dövlətimə öz işimlə göstərmişəm. Xalqımın da, dövlətimin də sevgisini qazanmışam ki, mən bu gün "Respubilkanın Əməkdar Artisti" adını şərəflə və hörmətlə daşıyıram".

Orucova dünən Xocalı yürüşündən paylaşdığı şəkillərə görə ona nalayiq sözlər, söyüşlər yazanlara belə səslənib: "Bununla heç nəyə nail olmayacaqsız. Sizi Allaha həvalə edirəm"!

Nahidə Orucovanın bu açıqlaması onu göstərir ki, o, etdiyi hərəkətin, daha doğrusu səhfin yükünü anlamayıb. 

Aysel
BAKU.WS