VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda məşhur ailə restoranı olan "Şır-Şır”da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.

BAKU.WS “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.

Məlumata görə, Elburus Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma davam etdirilir.

Mərhumun yaxınlarının virtualaz.org-a bildirdiyinə görə, E.Hüseynov öz evində insultdan keçinib.

BAKU.WS