VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Biləsuvar rayonuna prokuror təyin edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Camal Bağırov təyinat alıb. C.Bağırov bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb.

Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokurorunun vəzifələrini Qabil Əliyev icra edirdi.

BAKU.WS