VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyevin Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında imzaladığı Sərəncam teatr kollektivinin sevincinə səbəb olub.


BAKU.WS-in məlumatına görə, teatrın rejissoru və aktyoru, Əməkdar artist Vidadi Əliyev, teatrın aktrisası, Xalq artisti Elmira İsmayılova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli sözügedən sərəncamdan sonra Prezidentə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident.

İrəvan Teatrının binası ilə bağlı imzaladığınız Sərəncam bizi olduqca qürurlandırdı. Siz hər zaman İrəvan Teatrını diqqət mərkəzində saxlamış, onun yubileyi və orada çalışanların təltif olunması ilə bağlı Sərəncamlar verməklə adınızı qaçqın İrəvan Teatrının tarixinə qızıl hərflərlə yazmısınız. İnanın, biz olduqca böyük sevinc hissi yaşadıq. 1882-ci ildən mövcud olan İrəvan teatrının ilk dəfə normal binası olacaq. Buna görə Sizə olduqca minnətdarıq.

Siz qədim Azərbaycan torpağı olan İrəvanın, onun mədəniyyətinin təbliği üçün çox böyük tarixi addımlar atmısınız. Biz fəxr edirik ki, ölkəmizə bu cür mərd, qədirbilən və çox müdrik şəxs rəhbərlik edir. Bu Sərəncamla Siz bütün qaçqın həyatı sürən irəvanlılara qürur bəxş etdiniz. Həmişə başınız uca olsun, sevinc və qürur hissi ilə zəngin olasınız. Biz hər an Sizin yanınızdayıq. Bir daha Sizə dərin minnətdarlığımızı bildiririk".

Hüseyn Məmmədsalahov
BAKU.WS