SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakıda gənc qız dəm qazından boğulub.


Bu barədə Nərimanov rayonu Polis İdarəsi 16-cı polis bölməsindən BAKU.WS-ə bildirilib ki, hadisə rayonun Əlövsət Əbdulrəhimov küçəsi, ev 124, mənzil 36-da qeydə alınıb.

Həmin evdə kirayədə yaşayan, 2001-ci il təvəllüdlü Aytən Hikmət qızı Camalova çimərkən hamamda dəm qazından boğulub. Onun meyitini hamada tapıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, faciəvi şəkildə dünyasını dəyişən qız Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsidir.

BAKU.WS