SİZİN REKLAM BURADA!
055 213 76 73



Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Misirdə mətbuat konfransı zamanı çıxışını yarımçıq saxlayıb.

Trend-in məlumatına görə, buna onun telefonuna gələn zəng səbəb olub.

Telefona cavab verdikdən sonra, o jurnalistlərə həyat yoldaşının zəng etdiyini deyib.

Qeyd edək ki, Misirin Şarm-əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqası və Avropa İttifaqının ilk birgə sammiti davam edir.

BAKU.WS