SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Nigar Şabanova ilə müğənni Yaşar Cəlilovun illər əvvəl sevgili olduğuna dair xəbərlər yayılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “X magazin” proqramında Yaşar Cəlilov danışıb.

Verilişdə şou-biznes üzvlərinə “İlk sevgiliniz kim olub?” deyə sual ünvanlanıb. Sorğuda Yaşar aşiq olduğu Nigarın adını çəkib.

“Əməkdar artist, gözəl muğam ifaçısı Nigar Şabanova ilə sevgili olmuşuq. Sonda səhv yolda olduğumuzu düşünüb ayrılmışıq”.

Bu xəbərin doğru olub-olmadığını araşdırmaq üçün Oxu.Az N.Şabanova ilə əlaqə saxlayıb. Əməkdar artist məsələ ilə bağlı bunları söyləyib.

“X maqazin” verilişi məni dəvət etdi ki, bizim səhvimizdir, gəlin, düzəldək. Sadəcə, montaj zamanı Yaşarın vurğuladığı “məktəb vaxtı” sözü çıxarılıb və bu məlumat düzgün şəkildə tamaşaçılara çatdırılmayıb. Məsələyə gəldikdə, bütün bunlar mənim Yaşarla birgə oxuduğum məktəb illərində baş verib.

Beşinci sinifdə hörmətimiz, sevgimiz olub bir-birimizə. Bu yazılıb, danışılanlar isə mənə yaraşan şeylər deyil. İndi biz dost münasibətindəyik. Ailələrimizin bir birinə hörməti, sayğısı var”.

BAKU.WS