SİZİN REKLAM BURADA!
055 213 76 73



Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Bu barədə BAKU.WS-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Agentlik bildirir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Yusif Səfərov küçəsində bu gecə saat 23:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

BAKU.WS