VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yardımlı rayonunun Honuba kəndində Aprel döyüşləri zamanı şəhid olan Nurəddin Mirzəyevin bacısının toy mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənc ailəni təbrikə gələnlər arasında Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin xidmət yoldaşları və döyüşçü dostları da olub.

Toy mərasimindən əvvəl hərbi qulluqçular və yaxınları tərəfindən şəhidin məzarı ziyarət olunub, Müdafiə Nazirliyi adından əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Rayondakı şadlıq sarayında təşkil olunan toy mərasimi Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb.

Toy mərasimində çıxış edən Azərbaycan Ordusunun zabiti şəhid Nurəddin Mirzəyevin bir vaxtlar xidmət etdiyi hərbi hissənin kollektivi adından təbriklər və xoş arzular çatdırıb.

Müdafiə Nazirliyi rəhbərliyinin adından da yeni ailəyə təbriklər çatdırılıb və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, şəhid Mirzəyev Nurəddin Eytimad oğlu 1996-cı il dekabrın 20-də Yardımlının Honuba kəndində anadan olub. 2015-ci il yanvarın 14-də hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel ayının 2-dən 3-nə keçən gecə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

BAKU.WS