SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabah Bakıda 14 marşrut xəttinin hərəkət trayektoriyası dəyişəcək.


Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə məlumat verilib.

Məlumatda bildirilib ki, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından,

14 marşrut xəttinin (1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

BAKU.WS