SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın və Dağıstanın Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli İlhamə Quliyevanın vəfatından 3 il ötür.


İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. O, Xalq artisti Tükəzban İsmayılovanın qızıdır. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.


İlhamə Quliyevanın repertuarında Fikrət Əmirov, Tofiq Quliyev, Elza İbrahimova, Faiq Sücəddinov kimi bəstəkarların mahnıları yer alıb. Sənətkar Böyük Britaniya, İspaniya, Danimarka, Türkiyə, Almaniya, Rusiya və s. ölkələrə qastrol səfərləri edib.


Müğənninin vəfat etməsinə səbəb ürək çatışmazlığı və qan dövranının pozulması olub.

Ömrünün son illərində İ. Quliyevanın adı tez-tez qalmaqallarda hallanırdı. Sənətkar, demək olar ki, sevənlərini yeni ifaları ilə sevindirmirdi. Amma inanmaq istərdik ki, pərəstişkarları onu məhz ifa etdiyi mahnıları ilə xatırlayacaq...


BAKU.WS sizə İlhamə Quliyevanın sevilən və yadda qalan mahnılarını təqdim edir:





















Hüseyn Məmmədsalahov
BAKU.WS