SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımovanın gənc müğənni Rəsul Əfəndiyevlə sevgili olması barədə məlumatlar yayılıb.


BAKU.WS xəbər verir ki, Kazımovanın ad günündə özəl qonaq kimi Rəsulu dəvət etməsi, onunla səmimi görüntülənməsi, Xalq artistinin həmkarı ilə “Dola mənə qolunu” mahnısını duet şəklində ifa etməsi söz-söhbətləri daha da artırıb. 

"ATV maqazin onlarla" verilişi R. Əfəndiyevin A. Kazımova ilə sevgi dedi-qodularına münasibətini öyrənib.

Müğənni açıqlamasında yayılan informasiyanın əsassız olduğunu bildirib:

"Mahnının sözləri o qədər sevgi ilə bağlıdır ki, kənardan mən özüm də baxanda deyirəm ki, yəqin belədir. Amma elə deyil. Biz sadəcə dostuq, bir də duet ortağıyıq. Belə çıxır ki, biz doğrudan da mahnıya sevgi qatmışıq ki, bu, kənardan belə görünür".

BAKU.WS