VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.

Müğənni həyat yoldaşını necə qaçırtdığını danışıb:

“O vaxt rəhmətlik anamı göndərdim, amma qızı mənə vermədilər. Dedilər ki, müğənnidi, gündə birini görər sonra qızımızı boşayar. Anam köhnə bir stolumuz var idi, gəldi onda oturdu və dedi ki, bala vermədilər. Adam deyilsən, səndən adam olmuyub, olmayacaq da. Sənə demədim ki, məni ora göndərmə?! Bu sözü mənə demək olar? Dedim ya Allah onlara verər, ya da mənə. Fikirləşdim ki, qız məni istəyir. O vaxt telefon filan yox idi. Qıza məktub yazdım ki, səni məhlədə gözləyirəm. O məktubu 3 dəfə göndərdim, amma heç bir xəbər olmadı.

Hər dəfə də bir maşın dəyişib gedirdim ki, məhlədə tanımasınlar. Atalar 3-dən deyib, amma mənim bəxtim 4-cü dəfə gətirdi. Qızı götürdüm getdim rayona, orada bir maşın dəyişdim, ardımca gəlirdilər. Elə həyətə çatmağımı gördüm. Bir də baxdım ki, hüquq-mühafizə işçiləri gəldi. Mənə dedilər ki, belə şey etmək olmaz. Dedim qızı mənə vermədilər, yoldaşım da öz könlümlə ilə gəldiyini qeyd etdi. Qız evi bizi 7 il qapıya qoymadı”.

BAKU.WS