SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir müddət əvvəl səhhəti pisləşən Xalq artisti Naibə Allahverdiyevanın son vəziyyəti ürək parçalayıb.


BAKU.WS xəbər verir ki, "ATV maqazin onlarla" verilişinə müsahibə verən aktrisa başına gələnləri bir-bir danışıb:

"Qan təzyiqim yüksək olur. Sistemi qoşdular mənə. Arasından 5-10 dəqiqə keçmişdi. Bir də gördüm ki, nəsə məni çırpdı. Əllərim başladı qıcanmağa və belimdə dəhşətli ağrılar yarandı. Qışqırığıma bütün məhəllə yığılmışdı. İnanırsınız, hələ də o stressi yaşayıram. Ölü kimiyəm".

N. Allahverdiyeva bu hala düşməsində həkimini ittiham edib: 

"Mən kimə şikayət edim, kimə nə deyim? Bu onun üstünə atır. O deyir ki, yəqin, sistemi soyuq vurublar. Mən elə bir vəziyyətdəyəm ki... Birdən olmazdı belə, oları elə... Buna kim cavab verəcəkdi?".

BAKU.WS