SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Nura Suri "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub.


BAKU.WS-in məlumatına görə, aparıcı Ruslan Ağayevin suallarını cavablandıran ifaçı maraqlı cavabları ilə diqqət çəkib.

Nura Suri bildirib ki, oğlunun sevgili seçimindən razı deyil. Buna görə də övladı ilə danışmır.

“Ürəyim istəyən gəlin olsa, qayınana olmağa hazır olardım. Hazırda oğlumla danışmıram. Çünki sevgilisi mənim seçimim deyil. Onun yerinə seçim edəsi deyiləm, sadəcə övladlarımdan xahiş etmişdim ki, özünüzə sevgili, həyat yoldaşı seçəndə, eləsini seçin ki, əməyim yerə dəyməsin. O qızın oğluma münasibətini qəbul edə bilmirəm. Mən oğluma qarşı başqa münasibət gözləyirdim” deyə, Nura bildirib.

İfaçı boşanmağının səbəbini belə açıqlayıb:

"Ailə təkcə sevgi üzərində qurulmamalıdır. Orada başqa amillərin də böyük rolu var. Bir də kişi qadına əl qaldırmamalıdır".

BAKU.WS