SİZİN REKLAM BURADA!
055 213 76 73



Yardımlıda it döyüşdürənlərin özləri əlbəyaxa olublar.

Xezerxeber.az-ın məlumatına görə, gənclərin it boğuşdurması kütləvi davaya çevrilib. Hadisədə 1 nəfər ölüb.

Gənclər arasında düşən kütləvi dava Yardımlı rayonunun Lərzan kəndi ərazində baş verib. Bir qurup gənc itləri boğuşdurmaqdan ötrü kəndin ərazsində toplaşıblar. İt boğuşdurma yarışı sahiblərinin mübahisəsinə çevrilib və daha sonra kütləvi dava olub. Dava zamanı tərəflərdən biri bıçaqdan istifadə edib.

Dava zamanı xəsarət alan Pərviz İsgəndərovun sözlərinə görə, dünyasını dəyişən qardaşının güclü çoban iti olub. Digər kənddən gələn gənclərin iti ilə boğuşdurulub və qalib çıxıb. Buna əsəbləşən gənclər dava etməyə başlayıblar. Nəticədə Lərzan kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov ağır bədən xəsarəti aldığından Yardımlı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Xəsarət alanlardan Şovud kənd sakini 27 yaşlı Teymur Hüseynov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 30 yaşlı Pərviz İsgəndərov və 23 yaşlı İbrahim Mirzəyev Masallı Rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS