SİZİN REKLAM BURADA!
055 213 76 73



Masallıda zəncirvari qəza baş verib.

Hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində baş verib. Biləsuvar sakini Rafik İsmayılovun idarə etdiyi, Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobus əvvəlcə Cəlilabad sakini Aslan Ağayevin sükan arxasında olduğu minik avtomobili, sonra isə Cəlilabad sakini Məlik Məlikovun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub.

Sürücülərdən biri, 70 yaşlı Aslan Ağayev hadisə yerində ölüb.

Mikroavtobusun sürücüsü Rafik İsmayılov və sərnişinlər - Masallı sakini Mətanət Əliyeva, Cəlilabad sakini Ruslan Nuruşov və Biləsuvar sakini Kənan Həsənzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

BAKU.WS