SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, 24 fevral saat 22:00-dan 25 fevral səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir.

Sürücülərdən vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.

Xocalı prospektində aparılan analoji işlər isə artıq yekunlaşıb.

BAKU.WS